Əsas məzmuna keç
SEG

Məlumat

Tez-tez verilən suallar

Quraşdırma, sistem tipləri və dəstək haqqında ən çox soruşulan suallar.

Standart ev sistemi adətən bir neçə günə quraşdırılır. Obyekt və ferma layihələrində müddət sistemin ölçüsündən asılı olaraq artır.

On-grid sistem şəbəkəyə bağlı işləyir və batareyası yoxdur. Off-grid tam şəbəkədən asılı olmayaraq batareya ilə işləyir. Hibrid isə hər ikisinin birləşməsidir. Ətraflı müqayisə bloq bölməsindəki müvafiq yazıda var.

Bəli, istifadə olunan avadanlıq istehsalçı zəmanəti ilə gəlir, əlavə olaraq SEG öz quraşdırma işinə də zəmanət verir.

"Enerjini hesabla" alətindən istifadə edərək 2 dəqiqəyə təxmini panel sayını, tələb olunan gücü və batareya tövsiyəsini görə bilərsən.

Bəli, quraşdırmadan sonra mövsümi baxış və performans monitorinqi daxil olmaqla texniki dəstək xidməti təklif edirik.

"Günəş panel sisteminin təmiri" xidmətimizlə əlaqə saxlaya bilərsən — arıza diaqnostikası və nasaz hissələrin əvəzlənməsi təmin olunur.

Bəli, ferma və obyektlər üçün 10–30kv aralığında, əsasən off-grid sistemlər və özəl seçim imkanı olan paketlər mövcuddur.

Adətən mülkiyyət sənədi, şəxsiyyət vəsiqəsi və son elektrik qəbzi kifayət edir. Tam siyahı "Lazım olan sənədlər" səhifəsində var.